14 yaşlı qız brilyant parçası tapdı – Foto

22 Oktyabr 2013 16:11 (UTC+04:00)
ABŞ-ın Arkanzas ştatındakı Murfrisboro şəhərində yaşayan 14 yaşlı Tana Klaymer çoxlarının arzuladığı xoşbəxtliklə üzləşib.

T.Klaymerin şəhərin "Crater of Diamonds" Milli Parkından tapdığı brilyant parçasının çəkisi 3,85 karatdır.

Parkın əməkdaşları 14 yaşlı qızın ötən şənbə günü ərazidən brilyant parçası tapdığını təsdiqləyiblər.

Maraqlıdır ki, "Crater of Diamonds" parkı ərazisində insanların sərbəst şəkildə brilyant axtara biləcəyi yeganə açıq mədən var.(gun.az)

AzNews.az