Dağıstanda terror aktının qarşısı alındı

22 Oktyabr 2013 16:32 (UTC+04:00)
Dağıstanda terror aktının qarşısı alınıb

Trend-in verdiyi məlumata görə, bu gün Xasavyurtda, Mahaçqala şossesinə giriş postundan 300 metr aralıda yerli sakinlər 12 litrlik vedrə formasında şübhəli əşya aşkar ediblər.

Milli Antiterror Komitəsindən bildiriblər ki, hadisə yerinə göndərilmiş Rusiya Federal Təhlükəsizlik Bürosunun əməkdaşları əşyanın partlayıcı qurğu olduğunu müəyyənləşdiriblər:

"Əldəqayırma partlayıcı maddə işə düşməyə hazır vəziyyətdə olub. Partlayıcı qurğunun gücü trotil ekvivalentində 12 kiloqram təşkil edib".

AzNews.az