İlham Əliyev Macarıstanın prezidentinə təbrik məktubu göndərib

22 Oktyabr 2013 17:14 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Macarıstanın prezidenti Yanoş Aderə təbrik məktubu göndərib, Macarıstanın milli bayramı münasibətilə Y. Aderə və macar xalqına Azərbaycan xalqı adından və öz adından təbriklərini çatdırıb.

Dövlət başçısı Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib, ümidvar olduğunu bildirib ki, ikitərəfli əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi yolunda səylər bundan sonra da davam etdiriləcək.


AzNews.az