Rusiyanın baş prokurorundan maraqlı təklif
22 Oktyabr 2013 22:51 (UTC+04:00)
AzNews.az RİA NOVOSTİ - yə istinadən xəbər verir ki, Rusiyanın baş prokuroru Yuri Çayka üzvləri milli zəmində cinayət törədən hər hansı milli qurumlara, millətçi təşkilatlara qarşı cinayət maddələrinin sərtləşdirilməsini zəruri hesab edib. "Təxirə salmadan üzvləri millətlər arasında ayrı-seçkilik, düşmənçilik və təfriqə yaradan hər bir millətçi təşkilata, quruma qarşı cəzalar sərtləşdirilməlidir. Ona görə indiki Cinayət kodeksinin maddələrinə yenidən baxmaq, əlavələr etmək zərurəti yaranıb", - deyə o, prezident Vladimir Putinin də iştirak etdiyi millətlərarası münasibətlər Şurasının iclasındakı çıxışında qeyd edib.
Əli
AzNews.az