Harada tıxac var?

23 Oktyabr 2013 07:27 (UTC+04:00)
Həftənin növbəti iş günündə paytaxtın bir çox küçə və prospektlərində tıxac müşahidə olunur. Nəqliyyat vasitələri üçün ən çətin vəziyyət Bakı-Sumqayıt şosesində yaranıb. Yolda 1 saatdan artıqdır ki, davam edən uzun tıxac nəqliyyatın hərəkətini iflic edib.

Bundan başqa akademik Həsən Əliyev küçəsi, akademik Ziya Bunyadov prospekti, İnşaatçılar küçəsi, Zərifə Əliyeva küçəsində də tıxac var.
Badamdar küçəsi, Bakıxanov küçəsi, Təbriz küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var.

AzNews.az