İranda 7 nəfər edam edildi

23 Oktyabr 2013 07:45 (UTC+04:00)
İranda 7 nəfər edam edilib.

APA-nın məlumatına görə, onlardan biri qadın, altısı kişidir. 26 yaşlı Nəstərən Səfəri qətldə günahlandırılaraq edama məhkum edilib və hökm oktyabrın 21-də səhər saatlarında Kirmanşah şəhərinin mərkəzi (Dizelabad) həbsxanasında icra olunub.

O, 7 il həbs həyatı yaşayıb.

Bundan əlavə, həmin həbsxanada daha 6 nəfər edam edilib. Ancaq bu məhbusların ad və soyadlarını, həmçinin nədə günahlandırıldıqlarını dəqiqləşdirmək mümkün olmayıb.

Onların da qətldə ittiham olunaraq edam edildiyi ehtimalı var. Lakin bu edamların icrası ilə bağlı İranın rəsmi mətbuatı heç bir xəbər dərc etməyib, həmçinin məhkəmə orqanları heç bir rəsmi açıqlama verməyib.

AzNews.az