Oqtay Şirəliyev dəyişiklik etdi – Qərar

23 Oktyabr 2013 09:08 (UTC+04:00)



Nazirlər Kabineti "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi barədə qərar verib.

Qurumdan AzNews.az-a daxil olan məlumata görə, qərar Səhiyyə Nazirliyinin təklifi ilə verilib. Məlumatda bildirilib ki, həmin dəyişikliyə əsasən, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı müalicə diaqnostika mərkəzləri bundan sonra büdcədən maliyyələşəcək.

Psixi Sağlamlıq Mərkəzi isə stasionar müəssisələr sırasına daxil edilib. Gəncə Regional Perinatal Mərkəzi Gəncə Şəhər Səhiyyə İdarəsinin tabeliyinə verilib. Mərkəzi Neftçilər Xəstəxanası təsərrüfat hesablı tibb müəssisələri bölməsinə salınıb.

Ruhiyyə
AzNews.az