Rusiyada törədilən terrorda türk izi - Qisas

23 Oktyabr 2013 09:44 (UTC+04:00)
Rusiyada terror aktı törədərək həbs edilən Naidə Asiyalova ilə bağlı ilginc məlumatlar ortaya çıxıb. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, türk olan ərindən ayrıldıqdan sonra canlı bombaya çevrilib. İkinci həyat yoldaşı olan rusu da özü ilə bərabər terrora sürükləyən qadının törətdiyi terror aktı nəticəsində 6 nəfər həlak olub.

Məlumatlara görə, o, 7 il əvvəl Moskvada türk inşaat firmasında çalışıb. Türk dilini yaxşı bildiyinə görə, tərcüməçilik edib. Daha sonra turizm firmasında işə düzələn qadın burda Türkiyə vətəndaşı olan M. Ç. ilə tanış olub. Evləndikdən sonra bir neçə il xoşbəxt yaşayan ailəyə maddi problemlər öz təsirini göstərib. 2008-ci ildə yaranan iqtisadi böhran nəticəsində Türkiyə vətəndaşının işlədiyi firma bağlanıb. Bundan sonra tez-tez yaranan mübahisələr ailənin dağılması ilə nəticələnib.

Naidə Asiyalovanın anasının sözlərinə görə, boşanmaq təklifi ərindən gəlib: "Uşaqları olmadığı üçün qızım boşanmağı qəbul etdi, M.Ç. boşanıb Türkiyəyə qayıtdı. Bu boşanma qızıma olduqca pis təsir etdi. 2009-cu ildən sonra bizi ümumiyyətlə axtarmadı. İkinci əri ilə evliliyi də məhz türk ərini unutdurmaq üçün idi".

Elnarə
AzNews.az