Fəhlənin başı tirlər arasında qaldı - FOTO

23 Oktyabr 2013 10:29 (UTC+04:00)
Çindəki pambıqtəmizləmə zavodlarından birində bədbəxt hadisə baş verib.


Ölkənin şərqindəki Çjezyan vilayətindəki Vençjou şəhərində baş vermiş insidentdə fəhlələrdən biri pambıqtəmizləmə dəzgahlarından birinə düşüb və onun başı əzmə tirlərinin arasında qalıb.

Xilasedicilər və yanğınsöndürənlər zavoda çatanda fəhlə huşunu itirmişdi.

Başı tirlər arasında qalan fəhlə huşunu itirsə də, şaquli vəziyyətdə olub: çünki onun başını sıxan tirlər onu yıxılmağa qoymayıb.

Fəhlə xilas edilib və xəstəxənaya aparılıb.

Onun durumu ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.
Zavod rəhbərliyi bəyan edib ki, baş vermiş insident araşdırılır.(milli.az)

AzNews.az