Şeyx Putinə təşəkkür etdi- Suriyaya görə

23 Oktyabr 2013 10:34 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülialam Hacı Allahşükür Paşazadə Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib.


QMİ sadri Rusiyanın Ufa şəhərində keçirilən Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin 225 illiyinə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı prezidentin islam dünyasının hörmətini və etimadını qazandığını bildirib: "Rusiya müsəlmanların etimadını və hörmətini qazanıb. Bu, özünü Suriya məsələsinin siyasi həllində də Rusiyanın tutduğu mövqedə göstərib. Rusiyanın prinsipial mövqeyi, Vladimir Putinin diplomatik addımları, şəxsi səyləri qlobal miqyaslı fəlakətdən qaçmaq üçün real addımlar oldu. Biz müsəlmanlar Vladimir Putinə bu sülhməramlı missiyaya görə dərin təşəkkürlərimizi bildiririk".

Elnarə
AzNews.az