Məleykə Abbaszadə yeni hökumətdə təmsil olunmadı- Foto

23 Oktyabr 2013 10:48 (UTC+04:00)
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənsə hələ də sahibini gözləyən vəzifələr var.


AzNews.az-ın məlumatına görə, köhnə kabinetin tərkibində yer alan bəzi məmurlar hazırda yeni təyinat gözləyir ki, onlardan da ən çox maraq doğuranı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadədir.

M.Abbaszadə hələlik bu vəzifəni icra edir. Kabinetdə daha 5 yer boşdur. Siyahıya Dövlət Sosial Müdafiə Fondu (sədr vəzifəsi boşdur), Müəllif Hüquqları Agentliyinin sədri (Kamran İmanov icra edir), Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsi (Bəhram Xəlilov icra edir), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsi (İnam Kərimov icra edir), Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri vəzifələrinə (Akim Bədəlov icra edir) yeni təyinat gözlənilir.

AzNews.az hökumətin köhnə və yeni tərkibi barədə Nazirlər kabinetinin saytında yer alan məlumatlarla bağlı fotoları təqdim edir.

Azər
AzNews.az