İlham Əliyev Statoil şirkətinin prezidentini qəbul etdi

23 Oktyabr 2013 12:05 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Statoil şirkətinin prezidenti Helge Lundu qəbul edib.

Statoil şirkətinin prezidenti Helge Lund oktyabrın 9-da keçirilən prezident seçkilərində qazandığı qələbə münasibətilə dövlətimizin başçısını təbrik edib.

Görüşdə Statoil şirkəti ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında uzunmüddətli səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az