“İstefaya göndəriləcəyimi normal sayıram”- Yenilənib

23 Oktyabr 2013 16:24 (UTC+04:00)
"Neftçi" klubunun baş məşqçisi Tərlan Əhmədov istefaya göndəriləcəyindən "Xəzər Lənkəran"la Azərbaycan Superkuboku matçından sonrakı mətbuat konfransında xəbər tutub.

O, klub rəhbərliyinin qərarını normal qarşılayıb: "Baş məşqçi gəldiyi kimi nə vaxtsa gedəcəyini anlamalıdır. Onun çamadanı yanında olmalıdır. Bu baxımdan, istefaya göndəriləcəyimi normal sayıram".

Əhmədov 1:2 hesabı ilə uduzduqları matçda komandasını tanıya bilmədiyini də vurğulayıb. O, Topaz Premyer Liqasının son matçları ilə müqayisədə "Neftçi"nin zəif çıxışının səbəbini anlaya bilmədiyini açıqlayıb.(lent.az)

***
17:33
"Neftçi" futbol klubunda Tərlan Əhmədovun rəhbərlik etdiyi məşqçilər korpusu istefaya göndəriləcək. Bu barədə Lent.az-a açıqlamanı klub prezidenti Sadıq Sadıqov verib. O deyib ki, "Xəzər Lənkəran"na Azərbaycan superkuboku matçında 1-2 hesab; ilə uduzan komandasını tanıya bilməyib. O, "Xəzər Lənkəran"ın "Neftçi" üzərində layiqli qələbə qazandığını bildirib.

Daha sonra klub prezidenti bildirib ki, "Neftçi"də yeni baş məşqçi məsələsinə həftə sonu "Simurq"la Topaz Premyer Liqasının oyunundan sonra aydınlıq gələcək. S. Sadıqov əlavə edib ki, Böyükağa Hacıyevin yenidən "Neftçi"yə baş məşqçi vəzifəsinə qaytarılması mümkünsüzdür.

AzNews.az