Volqoqradda məscid yandırıldı-QİSAS

23 Oktyabr 2013 20:21 (UTC+04:00)

AzNews.az Rusıya mitbuatına istinadən xəbər verir ki, Volqoqraddakı terror aktından sonra, hadisə yerinə yaxın Kirov rayonundakı məsçidi yandırmağa cəhd edilib. Polislər tərəfindən məsçid nəzarətə götürülüb. Lavrov küçəsindəki 16 nömrəli evin ətrafında bütün gün ərzində post qurulub. Bu evdə imam Ruslan Yakubov, arvadı və 8 uşağı yaşayır. Məçidin imamı özü həyatlarının təhlükədən qorunması üçün müraciət edib.
Xatırladaq ki, 22 oktyabr, gecə naməlum şəxslər tərəfindən məsçidin pəncərələri qırılıb, yandırıcı qatışıqla dolu butulkalar içəri atılıb. İmamın arvadı səsə oyanaraq yanğınsöndürənlər gələnə qədər alovun yuxarı mərtəbəyə keçməsinə imkan verməyib. Uşaqlardan heç biri xəsarət almayıb. Ruslan məsçidin ətrafında daim naməlum, şübhəli şəxslərin dolandıqlarını hiss edib. Ona görə də özlərini gələcək təhlükələrdən qorumaq üçün hüquq -mqhafizə orqanlarına müraciət edib.

Bu mescid 21 oktyabrda avtobusun partladıldığı yerə yaxın ərazidə yerləşir, hansı ki, bu terror aktı nəticəsində 6 nəfər ölmuş, 50 nəfərdən çox yaralanmışdı. Bombanı dağıstanlı Naidə Asiyalova işə salmışdı. İmam, bu işin Asiyalova ilə eyni dindən olduğuna görə qisas zəminində başına gətirildiyini deyib. "Biz radikal islamizmi təqdir etmirik, vəhabiləırin baxişlarını bölüşmürük. Bu tör-töküntüləri kənardan maliyyələşdirirlər ki, ölkəmizdə qarşıdurma yaratsınlar, əsil düşmən isə onların arxasında gizlənir, üzə çıxmır, əziyyətini isə biz, günahsız şəxslər çəkir" deyə imam qeyd edib.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

AzNews.az