“OPEL” ilə “FORD” toqquşdu - Ölən var

23 Oktyabr 2013 21:24 (UTC+04:00)
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonunda (Müşviqabad qəsəbəsindən Sumqayıt şəhərinə gedən avtomobil yolunda) "OPEL" markalı minik avtomobili və "FORD" markalı yük avtomobili toqquşub. Nəticədə avtomobillər deformasiyaya uğryıb, "OPEL" markalı avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Mirzəyev Sahib Arif oğlu hadisə yerində vəfat edib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

AzNews.az