“Ded Xasan”ın yaxın adamına edilən sui-qəsdin TƏFƏRRÜATI

24 Oktyabr 2013 08:30 (UTC+04:00)


Rusiya mafiyasının "xaç atası" Ded Xasanın yaxın adamı hesab edilən Rafiq Madoyana baş tutmayan sui-qəsdin təfərrüatı ortaya çıxıb.


Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu il martın 10-da polis sui-qəsdə hazırlıqda şübhəli bilinən bir qrupu zərərsizləşdirib. Məlum olub ki, onlar 1969-cu il təvəllüdlü Rafiq Madoyana sui-qəsd hazırlayır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılıb. Araşdırma zamanı məlum olub ki, Ovannes Qəməryan adlı şəxs öz dostu Sərkis Zazayan və qohumu David Ziroyana Madoyanın öldürülməsi üçün müraciət edib. O, Madoyanın öldürülməsi müqabilində 500 min dollar və İspaniyada malikanə vəd edib. Bundan sonra Sərkis Zazayan Varucan Kərimyana müraciət edərək, hər ay min dollar müqabilində Madoyanı izləməyi tapşırıb. Kərimyan bu iş üçün ondan 3 min dollar alıb. Killer tutmaq üçün bu şəxslər müxtəlif adamlara müraciət ediblər. Ancaq killer tapılmazdan əvvəl onların planı üzə çıxıb.

Xatırladaq ki, Rafiq Manoyana 2011-ci il dekabrın 17-də də sui-qəsd olub. Mühafizəçisi yaralansa da, Madoyan özü xəsarət almayıb.

Elnur
AzNews.az