AYB iki dəfə xərcə düşmək istəmir

24 Oktyabr 2013 09:49 (UTC+04:00)

"Yazıçılar Birliyinin növbəti qurultayı 2014-cü ilin mart ayında keçiriləcək".

Bunu AzNews.az-a Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca bildirib.

Onun sözlərinə görə, qurultayın gecikməsinin əsas səbəbi Yazıçılar Birliyinin yaranmasının 80 illik yubileyi ilə əlaqədardır: "Biz düşündük ki, Yazıçılar Birliyinin növbəti qurultayını üzümüzə gələn ilin mart ayında keçirək. Qurultay ciddi bir tədbirdir. İkinci bir tərəfdən qurultayın gecikməsinin və onun mart ayında keçirilməsinin əsas səbəbi var. 2014-cü ilin mart ayında Yazıçılar Birliyinin yaranmasının 80 illik yubilyei tamam olacaq. Biz də bu yubileyə ciddi hazırlaşırıq. Həmin yubileyə xarici ölkələrdən çoxlu qonaqlar dəvət olunacaq. Bilirsiniz ki, bunların hamısı böyük xərcdir. Odur ki, fikirləşdik ki, qonaqlar gəlmişkən həm yubiley, həm də qurultayda iştirak etsinlər".

Bahar Rüstəmli
AzNews.az