78 yaşlı kişi intihar etdi – ŞOK səbəb (Özəl)

24 Oktyabr 2013 10:32 (UTC+04:00)
Zərdab rayonunun Əlibəyli kəndində intihar hadisəsi baş verib. AzNews.az-a rayondan daxil olan məlumata görə, rayonun Əlibəyli kənd sakini İdi Sadıqov özünü çarpayısında boğub. Faktla bağlı rayon Polis Şöbəsi və Rayon Prokurorluğu məlumatlandırılıb. Faktı Zərdab rayon Polis Şöbəsi və rayon Prokurorluğu təsdiqləyib. Hadisəni araşdıran Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov AzNews.az-a bildirib ki, 1935-ci il təvəllüdlü İdi Əbduləziz oğlu Sadıqov kəskin baş ağrısından əziyyət çəkib. Yaxınlarının sözlərinə görə, dəfələrlə canından bezdiyini deyən İ.Sadıqov özünü sintetik iplə boğub: "Biz hadisə yerinə gedəndə meyiti götürüb başqa otağa keçirmişdilər. Nəvəsi bildirdi ki, otağa daxil olanda babasının başını çarpayıdan düşmüş görüb. Sintetik ipin bir ucunu çarpayının dirəyinə bağlayıb, digər ucunu isə boğazına keçirərək başını çarpayıdan aşağı sallayıb. Qurşağa qədər hissəsi çarpayıdan sallanmış olsa da, ayaqları çarpayıda olub. Yəni, bədənin 50 faizi sallanıbmış. Bu, boğulmanın tipik formalarından biridir. Yaşlı kişidir. Kiçik nəfəs çatışmazlığı kifayət edir ki, bədən təslim olsun. Polis əməkdaşlarına əməliyyat tapşırığı vermişəm. Meyitin ekspertizası da keçirilib. Müayinə nəticəsində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb. Ekspert boğulma - intihar məqsədi ilə həyata keçirilmiş akt olduğunu təsdiq edib. Lakin istintaq davam edir. Yekun qiyməti istintaqın sonunda verəcəyik".

Ruhiyyə
AzNews.az