“Məndən böyük xanımlarla ailə qurmağı xoşlayıram”- Eldar Qasımov

24 Oktyabr 2013 11:41 (UTC+04:00)
"Eurovision 2011"in qalibi Eldar Qasımov şəxsi həyatından danışıb.


Axşam.az-ın məlumatına görə, sənətçi "Pərdə" verilişinə açıqlamasında sevdiyi xanımın yaşca ondan böyük olduğunu deyib:

"Sevgilim hazırda Bakıda deyil, xaricdədir. Nə vaxtsa onu media qarşısına çıxaracam. Hələ tezdir, şəxsi həyatımı bir az gizlin saxlayıram. Münasibət onunla mənim aramda qalsa, daha yaxşıdır. Yaşca məndən böyük xanımlarla ailə qurmağı xoşlayıram. Sevdiyim xanım haqqında ailəm bilir, şəxsən tanışlıqları yoxdur. Telefon, internet vasitəsilə danışıblar. Münasibətimə qarışmırlar. Deyirlər, öz ağlın var, düzgün qərar verməyi bacarırsan. Ailə qurmaqla bağlı seçimi mənə həvalə ediblər".

AzNews.az