Misirdəki səfirliyimiz tam tərkibdə işini bərpa edib

24 Oktyabr 2013 11:52 (UTC+04:00)
Azərbaycanın Misirdəki səfirliyi tam tərkibdə işini bərpa edib və bir müddət əvvəl ölkədə vəziyyətin gərginləşməsi səbəbindən səfirliyi tərk etmiş bütün diplomatlar Qahirə qayıdıblar. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev deyib.

Onun sözlərinə görə, ölkədəki məlum hadisələrdən sonra Azərbaycanın diplomatik nümayəndəliyi ancaq səfir və bir diplomat heyəti ilə işləyirdi: "Qalan diplomatlar və onların ailə üzvləri Misirdə vəziyyətin gərginləşməsindən sonra avqustun sonunda ölkədən təxliyyə edilmişdilər".

Ş. Abdullayev qeyd edib ki, diplomatlar ilə birlikdə Azərbaycan vətəndaşlarının bir hissəsi də Misirə qayıdıb: "Həmin vətəndaşlar bu hadisələrədək Misirdə işləyir və təhsil alırdılar. Hazırda Misirdə nisbi sakitçilikdir, lakin demək olmaz ki, ölkədə vəziyyət tam sabitləşib".

AzNews.az