İki dövlət başçısı arasında telefon qalmaqalı böyüyür

24 Oktyabr 2013 12:14 (UTC+04:00)

Amerika və Almaniya arasında telefon dinləmələri ilə bağlı yaranan qalmaqal daha da böyüyür. Almaniyanın xarici işlər naziri Qido Bestervell ABŞ-ın bu ölkədəki səfiri Con Emersonu yanına çağırıb.

ABŞ xüsusi xidmət orqanlarının Almaniya kansleri Angela Merkelin telefonunu dinləməsi barədə yayılan məlumatlar görüşün əsas müzakirə predmeti olacaq. AzNews.az "Spiegel"’ istinadən xəbər verir, səfirlə nazirin görüşü oktyabrın 24-də baş tutacaq.

Qeyd edək ki, Merkel oktyabrn 23-də Obamaya zəng edərək mobil telefonunun dinlənib-dinlənmədiyini soruşub. Obama isə Merkeli bunun baş vermədiyinə inandırmağa çalışıb.

Elnur
AzNews.az