Masazırda narkotik istehsalçısı tutuldu – Özəl

24 Oktyabr 2013 12:58 (UTC+04:00)
Masazır kəndində otaq şəraitində yetişdirilən çətənə kolu aşkarlanıb.

Abşeron RPŞ-dən AzNews.az-a daxil olan məlumata görə, çətənə kolu Ağam Əhməd oğlu Əhmədova məxsus evdə aşkarlanıb. Fakt Abşeron RPŞ-nin 1957-ci il təvəllüdlü A.Əhmədovun Zərifə Əliyeva küçəsi dalan 4 ünvanındakı mənzilinə baxış keçirərkən üzə çıxıb.

Abşeron RPŞ-dən AzNews.az-a bildirilib ki, pəncərənin qarşısında 80 santimetr hündürlüyündə olan kol aşkarlanıb. Dibçəkdə yetişdirilən narkotik xassəli bitkiyə aqrotexniki qaydalarla qulluq olunub. Faktla bağlı cinayət işi açılıb. A.Əhmədova CM-nin 237.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

A.Əhmədov qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmədə suçlu bilinir.

Ruhiyyə
AzNews.az