Tələbə qız siqaret çəkmək istədi... öldü- Foto

24 Oktyabr 2013 16:35 (UTC+04:00)

Türkiyənin 19 May Universitetində faciə baş verib. AzNews.az-ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, həmin universitetin 4-cü kurs tələbəsi Mərvə Qara qaldığı yataqxananın 6-cı mərtəbəsindəki yeməkxananın pəncərəsini açaraq siqaret çəkmək istəyib.

Bu zaman tarazılığını itirən qız yerə yıxılıb. Tələbə qız xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

M.Qaranın cənazəsi dəfn olunmaq üçün doğulduğu Trabzona göndərilib. Hadisə ilə əlaqədar araşdırma aparılır .

Rəhim Qədirov
AzNews.az