Prezident 3 gün matəm elan etdi

24 Oktyabr 2013 14:25 (UTC+04:00)
AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Tunisin Sidi Bouzid şəhərində təhlükəsizlik qüvvələri ilə silahlılar arasında baş verən insident zamanı 6 polis əməkdaşı həyatını itirib.

4 polisin yaralandığı olay təhlükəsizlik qüvvələrinin silahlıların gizləndiyi evə basqını zamanı baş verib.

Hadisədən sonra Tunis prezidenti Munsif əl-Merzuki xalqa müraciət edərək ölkədə 3 gün matəm elan edib.

Rəhim
AzNews.az