Prezident seçkiləri AŞPA-da müzakirə olunacaq

24 Oktyabr 2013 15:58 (UTC+04:00)
Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkiləri AŞPA Daimi Komitəsinin noyabrın 22-də Vyanada keçiriləcək iclasında müzakirə olunacaq.

APA-nın AŞPA mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu məsələ iclasına gündəminə daxil edilib. Toplantıda AŞPA-nın Azərbaycandakı seçkilərin müşahidəsi üzrə missiyasının rəhbəri Robert Valterin öz hesabatını təqdim edəcəyi gözlənilir.

Daimi Komitədə Gürcüstanda keçiriləcək prezident seçkiləri, Avropada miqrasiya, qaçqınlar və daimi yaşayış yerlərini dəyişmiş insanların məsələsi, narkotrafik və digər məsələlər də müzakirə olunacaq.

Xatırladaq ki, AŞPA missiyası oktyabrın 10-da Bakıda açıqladığı ilkin rəyində seçkilərin ümumən azad, ədalətli və şəffaf keçirildiyini bildirib.

AzNews.az