İstintaq Komitəsindən Şerbakovun ölümü ilə bağlı açıqlama

24 Oktyabr 2013 16:22 (UTC+04:00)
Rusiya İstintaq Komitəsi də Orxan Zeynalov tərəfindən qətlə yetirildiyi iddia edilən Yeqor Şerbakovun sağ olması ilə bağlı Azərbaycan mətbuatında gedən xəbərə reaksiya verib.

İstintaq Komitəsinin nümayəndələri Şerbakovun guya sağ olması və "Vnukova" hava limanında Varşavaya getmək istərkən saxlanması iddialarını nəinki təkzib ediblər, bunun Azərbaycan jurnalistlərinin öz həmvətənlərini cinayət ittihamından qurtara bilmək üçün uydurduqlarını bildiriblər: "Bu informasiya o qədər absurddur ki, şərhə ehtiyacı yoxdur. Yeqor Şerbakovun ölümü rəsmən müəyyənləşib, qohumları onun dəfn olunduğu yeri bilir".(qafqazinfo)

AzNews.az