Məşhur modelyeri Bakıya kim gətirir?

24 Oktyabr 2013 16:54 (UTC+04:00)
Tanınmış türk modelyer İvana Sert gələn həftə Bakıya gələcək. Lent.az-ın məlumatına görə, modelyer ATV-də yayımlanan "Özünə bax" yarışmasında iştirak etmək üçün gələcək.

Modelyer İvananı ölkəmizə "biznes Ledi" kimi tanınan Ruhi Əliyeva dəvət edib. Belə ki, bir müddət öncə Türkiyədə olan R. Əliyeva modelyerlə görüşüb, razılığa gəlib.

Qeyd edək ki, Bakıya Hakan Akkayanın da gəlişi gözlənilir.