Bakı-Tümen qatarı paytaxta yola salındı- Yenilənib

24 Oktyabr 2013 21:11 (UTC+04:00)
Rusiya-Azərbaycan sərhəddindəki "Dərbənd" dəmiryolu stansiyasında partlayıcı qurğuya bənzər əşyanın aşkarlandığı Tümen-Bakı sərnişin qatarında yoxlama başa çatıb və qatar artıq Bakıya yola salınıb.

Bu barədə məlumatı Rusiya mətbuatı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb.

Məlumata görə, qatardan bir vaqon ayrılıb. Ayrılan vaqon partlayıcıya bənzər qurğunun aşkarlandığı vaqondur. Sərnişinlər digər vaqonlara yerləşdirilib və qatar artıq Bakıya yola salınıb.

***
20:24

Azərbaycan-Dağıstan sərhəddində Tümen-Bakı qatarı saxlanılıb. Bu barədə məlumatı Rusiya mətbuatı yayıb.


Qatarın saxlanmasına səbəb Dərbənd sərhəd-gömrük məntəqəsində qatara baxış zamanı partlayıcıya oxşar qurğunun aşkarlanması olub. Qatardakı bütün sərnişinlər evakuasiya edilib.

Məlumata görə, şübhəli paket vaqonlardan birinin tavanına yaxın yerdə aşkar edilib. Hadisə yerinə çox sayda texnika cəlb edilib. AzNews.az "ITAR-TASS"a istinadən xəbər verir ki, qatarın yoxlanılması davam edir.

Elnarə
AzNews.az