Zakir Həsənov kadr dəyişikliklərinə başladı

24 Oktyabr 2013 18:27 (UTC+04:00)
Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyində kadr dəyişiklikləri olub.


APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev və Müdafiə Nazirliyinin İnspeksiya İdarəsinin rəisi, general-mayor Məmməd Beydullayev vəzifələrindən azad ediliblər. M. Beydullayevin yerinə polkovnik Fəxrəddin Cəbrayılov təyin olunub. F. Cəbrayılov 1995-ci ildə prezidentin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Müdafiə Nazirliyində struktur dəyişikliklərinin olduğu da bildirilir.

Xatırladaq ki, oktyabrın 22-də Azərbaycan prezidentinin sərəncamı ilə Zakir Həsənov Səfər Əbiyevin yerinə müdafiə naziri təyin olunub.

AzNews.az