Nazarbayev Türkiyəni Gömrük İttifaqına qəbul etməyi təklif etdi

24 Oktyabr 2013 21:00 (UTC+04:00)
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyəni Gömrük İttifaqına üzv qəbul etməyi təklif edir.

"Türkiyə prezidenti Abdulla Gül ölkəsinin Gömrük İttifaqına qəbul edilməsini məndən xahiş edib. Gəlin Türkiyəni də qəbul edək".

Bu barədə Nazarbayev Belarusun paytaxtı Minskdə keçirilən Ali Avrasiya İqtisadi Şurasının toplantısında deyib.

Onun sözlərinə görə, xarici ölkələrə səfərləri zamanı "ondan tez-tez SSSR-ni bərpa etmək və ya Rusiyanın rəhbərliyi altında nə yaratmaq istədiklərini" soruşurlar. "Türkiyə böyük dövlətdir, onu qəbul etsək, bu söhbətlərə son qoyular", deyə Nazarbayev Rusiya və Belarus prezidentlərinə təklif edib.(apa)

AzNews.az