Meksikada güclü partlayış; 20 nəfər itkin düşdü

25 Oktyabr 2013 07:26 (UTC+04:00)
Meksikanın şimalındakı Syudad Xuares şəhərində yerləşən "Sunrise" fabrikində güclü partlayış baş verib.

Nəticədə 50-dək insan yaralanıb, 20 nəfər itkin düşüb. Binanın konstruksiyalarının uçma təhlükəsi olduğundan xilasetmə işlərinə hərbçilər cəlb olunub. Məlumata görə, binanın zirzəmisində sağ qalan insanlar var.

Rəsmi qurumların məlumatına görə, müəssisənin istehsalat sexlərinin birində buxar qazanı partlayıb.(apa)

AzNews.az