Avropa Liqasının qrup mərhələsində III turun oyunları baş tutdu

25 Oktyabr 2013 07:30 (UTC+04:00)
Oktyabrın 24-də Avropa Liqasının qrup mərhələsində III turun oyunları baş tutub.

Çempionlar Liqasından fərqli olaraq qitənin ikinci dərəcəli turnirində bütün oyunlar bir gündə keçirilib.

Azərbaycan futbolsevərlərinin diqqəti yenidən Türkiyəyə yönəlib.
Burada yerli "Trabzonspor" Polşanın "Legiya" klubunu qəbul edib.
Milli komandamızın üzvü Ruslan Abışovun şərəfini qoruduğu "Rubin" səfərdə İngiltərənin "Uiqan" klubu ilə üz-üzə gəlib.

"Qarabağ"ı Avroliqanın qrup mərhələsinə düşməkdən məhrum edən "Ayntraxt" səfərdə "Makkabi" (Təl-Əviv) ilə qarşılaşıb.

"İnter"i Avroliqanın II təsnifat mərhələsində mübarizədən kənarlaşdıran "Tromse" "Anji"nin qonağı olub.
Qarşılaşmaların nəticələri aşağıdakı kimi olub:

A qrupu
"Suonsi" (İngiltərə) - "Kuban" (Rusiya) - 1:1
"Valensiya" (İspaniya) - "Sankt Qallen" (İsveçrə) - 5:1

B qrupu
"Dinamo" (Zaqreb, Xorvatiya) - PSV (Hollandiya) - 0:0
"Çernomorets" (Ukrayna) - "Ludoqorets" (Bolqarıstan) - 0:1

C qrupu
"Zalsburq" (Abstriya) - "Standard" (Belçika) - 2:1
"Elfsborq" (İsveç) -"Esbyerq" (Danimarka) - 1:2

D qrupu
"Uiqan" (İngiltərə) - "Rubin" (Rusiya) - 1:1
"Zulte Varegem" (Belçika) - "Maribor" (Sloveniya) - 1:3

E qrupu
"Fiorentina" (İtaliya) - "Panduri" (Rumıniya) - 3:0
"Dnepr" (Ukrayna) - "Pakuş Fereyra" (Portuqaliya) - 2:0

F qrupu
"Bordo" (Fransa) - APOEL (Kipr) - 2:1
"Ayntraxt" (Almaniya) - "Makkabi" (Təl-Əviv, İsrail) - 2:0

G qrupu
"Dinamo" (Ukrayna) - "Thun" (İsveçrə) - 3:0
"Genk" (Belçika) - "Rapid" (Avstriya) - 1:1

H qrupu
"Frayburq" (Almaniya) - Eştoril" (Portuqaliya) - 1:1
"Liberets" (Çexiya) - "Sevilya" (İspaniya) - 1:1
İ qrupu
"Lion" (Fransa) - "Riyeka" (Xorvatiya) - 1:0
"Betis" (İspaniya) - "Vitoriya" (Portuqaliya) - 1:0

J qrupu

"Apollon" (Kipr) - "Latsio" (İtaliya) - 0:0
"Trabzonspor" (Türkiyə) - "Legiya" (Polşa) - 2:0

K qrupu

"Anji" (Rusiya) - "Tromse" (Norveç) - 1:0
"Şerif" (Moldova) - "Tottenhem" (İngiltərə) - 0:2

L qrupu

"Şaxtyor" (Karaqandi, Qazaxıstan) - "AZ Alkmaar" (Hollandiya) - 1:1
PAOK (Yunanıstan) - "Makkabi" (Hayfa, İsrail) - 3:2
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində növbəti turun oyunları noyabrın 7-də keçiriləcək.

AzNews.az