Xalqın Xoşbəxtliyi Nazirliyi yaradıldı

25 Oktyabr 2013 08:20 (UTC+04:00)

Venesuela prezidenti Nikolas Madura hökumətdə Xalqın Xoşbəxtliyi Nazirliyinin yaradılmasını elan edib. Bu barədə "Globovision" telekanalı məlumat yayıb.

Yeni nazirlik qoca, uşaq, əlil və evsizlərin problemləri ilə məşğul olacaq. Yeni quruma Milli Assambleyanın deputatı Rafael Riosa rəhbərlik edəcək.

Bundan sonra 8 dekabr ölkədə keçmiş lider Hüqo Çavesə sevgi və sədaqət günü kimi qeyd olunacaq.

Elnur
AzNews.az