Partiya katibinə rüşvətə görə ömürlük həbs

25 Oktyabr 2013 08:30 (UTC+04:00)

Çin Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və Çunçin şəhərinin partiya komitəsinin katibi Bo Silay rüşvət almaqda ittiham edilib.

64 yaşlı partiya üzvü 1999- 2012 –ci illərdə rüşvət almaqla yanaşı, vəzifəsindən sui-isitifadə etməkdə də günahlandırılıb. Məhkəmə qərarı ilə Bo Silay ömürlük həbs cəzasına məhkum edilib.

Keçmiş partiya katibinin ümumilikdə 4,1 milyon dollar rüşvət aldığı bildirilir. Bo Silayın əmlakı müsadirə edilib və bütün siyasi hüquqlarından məhrum qalıb.

Elnur
AzNews.az