İslamçılardan Milli Şuraya ŞOK İTTİHAM: “Adımızdan sui-istifadə ediblər”

25 Oktyabr 2013 10:02 (UTC+04:00)
"Milli Şura bu günə qədər İslam Partiyasının, xüsusən də həbsdə olan partiya sədri Hacı Mövsüm Səmədovun adından sui-istifadə edib".


Bunu AzNews.az-a açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Akif Heydərli deyib. A.Heydərli bildirib ki, AİP Milli Şuranın üzvü olmağa heç vaxt cəhd göstərməyib və belə bir qərarı da olmayıb: "Milli Şura Hacı Mövsüm Səmədovu niyə zorla üzv edirdi ki, sonra da onun istefası tələbini iclasda müzakirəyə çıxarırdı. Partiyanın sədr müavini olaraq, tam rəsmi olaraq deyirəm ki, Hacı Mövsüm Səmədovun Milli Şuraya daxil olması heç bir müraciəti olmayıb. Heç, partiyanın sədr əvəzi Elçin Manafovun da Milli Şuraya belə bir müraciəti olmayıb".

O vurğulayıb ki, Milli Şura AİP-lə əməkdaşlıq şəraitində olması ilə bağlı bu günə qədər yayılan məlumatlar bu qurumun reytinqinin qaldırılmasına xidmət edib: "Bir daha qeyd edirəm ki, İslam Partiyası Milli Şuraya daxil olmayıb. Başa düşə bilmirəm ki, Milli Şuranın dünən keçirilən yığıncağında İslam Partiyasının sədri və sədr əvəzinin çıxarılanlar arasında adlarının çəkilməsi ilə nə demək istəyiblər? Bir sözlə Milli Şura Hacı Mövsüm Səmədovun adından su-istifadə edib".


Bahar Rüstəmli
AzNews.az