“Diffamasiya haqqında” qanun qəbul olunmayacaq

25 Oktyabr 2013 10:05 (UTC+04:00)
"Diffamasiya haqqında" qanun layihəsinin Azərbaycan Milli Məclisinin payız sessiyasında müzakirəsi təxirə düşüb.

Parlamentdən APA-ya verilən məlumata görə, buna səbəb Avropa Şurasının Venesiya Komissiyasının son rəyidir.

Venesiya Komissiyası rəyinin Azərbaycan tərəfinin rəyi ilə üst-üstə düşməməsi qanun layihəsi ətrafında dialoqa mənfi təsir edib, bu səbəbdən sənədin qəbulu ləngiyir.

AzNews.az