Gülər Əhmədova daha bir vəkilindən imtina etdi - Özəl

25 Oktyabr 2013 10:19 (UTC+04:00)
Adı ADU-nun keçmiş rektoru Elşad Abdullayevlə rüşvət qalmaqalında hallanan, sabiq deputat Gülər Əhmədova istintaq müddətində hüquqlarını qoruyan vəkilindən məhkəmə ərəfəsində imtina edib.

Belə ki, məhkəmə prosesinin başlanmasına qısa müddət qalmış G.Əhmədovanın ailəsi istintaq müddətində onun vəkili olmuş Raqif Mustafayevlə yeni müqavilə imzalamayıb. Bununla də məhkəmədə G.Əhmədovanın müdafiəsi ilə ancaq bir vəkil - Əfsər Talıbov məşğul olub. R.Mustafayev AzNews.az-ın əməkdaşı ilə söhbətində G.Əhmədovanı məhkəmədə müdafiə etmək üçün müqavilə imzalanmaması barədə məlumatı təsdiqləyib. Vəkil bunun səbəbini bilmədiyini və müqavilə imzalanması ilə bağlı qarşı tərəfdən təklif almadığını vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Gülər Əhmədova vəkili Eldar Qədimlidən də imtina etmişdi.

Elnarə
AzNews.az