“Azadlıq”ın bank hesabına həbs qoyuldu

25 Oktyabr 2013 11:31 (UTC+04:00)
Bildiyiniz kimi Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova "Azadlıq" qəzetinə qarşı iddia qaldırmışdı.

Məhkəmə qəzetin 32000 manat miqdarında cərimələnməsi haqqında qərər qəbul etmişdi. Oktyabrın 14-də məhkəmə qəzet qarşısında həmin məbləğin 10 gün ərzində ödəniləmsi tələbin qoymuşdu.

Qəzetin çox ağır maliyyə vəziyyətində olduğu vaxtda belə bir tələbin yerinə yetirilməsinin mümkünsüzlüyü hamıya bəllidir. Buna baxmayaraq artıq qəzetin bank hesabına həbs qoyulub.(azadlıq.info)

AzNews.az