Bakıda silahlı insident

25 Oktyabr 2013 11:43 (UTC+04:00)
Bakı şəhərinin Sabunçu rayonu ərazisində silahlı insident baş verib.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 24-də paytaxtın Nardaran qəsəbəsi ərazisində qəsəbə sakini Vasif Cabbarov xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq Maştağa qəsəbə sakini Anar Quliyevə bud nahiyəsindən xəsarət yetirib.

A.Quliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. V.Cabbarov isə Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

AzNews.az