Mikroavtobus sürüyə girdi: 72 qoyun öldü, çoban yaralandı

25 Oktyabr 2013 12:58 (UTC+04:00)

Naxçıvanla sərhədə yerləşən Türkiyənin İğdır vilayətində İğdır Doğubayazıt şosesində mikroavtobus qoyun sürüsünə girib. Hadisə nəticəsində 72 qoyun ölüb, sürü sahibi Yaşar Arsakayın həyat yoldaşı və oğlu ağır yaralanıb. AzNews.az xəbər verir ki, hadisə bu gün gecə yarısı 03 radələrində Yaşar Arsakay qoyunlarını oğlu və həyat yoldaşı ilə birlikdə yolun qarşı tərəfinə keçirərkən baş verib. Mikroavtobusun sürücüsü sürünü gec gördüyündən, idarəetməni itirib və qəza baş verib.

Qəzada Yaşar Arsakayın oğlunun ayağı, həyat yoldaşının da çiyini qırılıb. Sürücü isə hadisə yerindən qaçaraq polisə təslim olub. Yaralılar Iğdır Dövlət Xəstəxanasına yatırılıb. Hhadisə ilə bağlı istintaq başlayıb.


Elman
AzNews.az