Bu ağaclarda qızıl yetişir – Sensasiya

25 Oktyabr 2013 13:51 (UTC+04:00)
Elm adamları evkalipt ağaclarının yarpaqlarında qızıl hissəciklərini aşkarlayıblar.

AzNews.az-ın məlumatına görə, avstraliyalı elm adamları evkalipt ağaclarının yarpaqlarında qızıl parçaları tapıb.
"Nature Communications" jurnalında dərc olunan məqalədə bildirilir ki, elm adamları evkalipt yarpaqlarında ölçüsü 8 mikrometrə çatan qızıl hissəcikləri təsbit edib.

Qızılın torpaqdan ağacın kökləri vasitəsi ilə çəkildiyi və suyun köməyi ilə yarpaqlara qədər çatdığı bildirilir.

Alimlər araşdırmalarını Qərbi Avstraliyanın Freddo bölgəsində intensivləşdirib. Buradakı evkalipt yarpaqlarının qızıl nisbətinin digər bölgələrdəkinə nisbətən 800 dəfə çox olduğu məlum olub. Lakin yarpaqlardan qızıl əldə etməyin çətin olduğunu da vurğulanıb. Çünki, 100 ton evkalipt yarpağından yalnız, 8 qram qızıl əldə etmək mümkündür.

İbrahim
AzNews.az