Lukaşenkodan Gürcüstana çağırış

25 Oktyabr 2013 15:52 (UTC+04:00)
Belarus prezidenti Aleksandr Lukaşenko Gürcüstanı MDB-nin tərkibinə qayıtmağa çağırıb.

APA-nın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə o, MDB Dövlət başçıları Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Belarus prezidenti Gürcüstanın MDB-ni tərk etmək üçün müəyyən səbəbləri olduğunu söyləyib: "Gürcüstanda və o cümlədən ölkə rəhbərliyində dövlətlərimizin həyatına aid siyasi və iqtisadi məsələlərin müzakirə olunduğu meydançaya malik olmağı istəyən adamlar var. Ümid edirəm ki, Gürcüstan bu çağırışı qəbul edəcək".

A.Lukaşenko sözdən əmələ keçməyin vaxtı çatdığını deyərək, Gürcüstana MDB-yə heç olmasa, müşahidəçi statusunda qayıtmağı təklif edib.