100 yaşlı rahib öldü: 30 gün matəm

25 Oktyabr 2013 16:12 (UTC+04:00)
Əhalisinin əksəriyyəti Buddist olan Taylandda rahiblərin lideri Nyanasamvara Suvaddhana Mahathera vəfat edib.
AzNews.az-ın məlumatına görə, 100 yaşlı rahib müalicə aldığı xəstəxanada qan infeksiyasından vəfat edib.
Ölkənin bir nömrəli rahibi ilə vidalaşmaq üçün ölkənin paytaxtı Bankoqda böyük hazırlıq tədbirləri həyata keçirilib. Nəşi daşıyan avtomobilin keçəcəyi yollar bağlanıb. Rahibin cəsədi bir il boyunca məbəddə saxlanacaq və müəyyən günlərdə ziyarətçilərin görməsinə icazə veriləcək.

Tayland kral ailəsindən verilən açıqlamada bildirilib ki, ölkədə 30 gün yas elan edilib. Matəm günlərinin 3 günü ərzində dövlət bayrağı endiriləcək, digər günlərdə isə dövlət qurumlarında çalışanlar isə açıq paltar geyinə bilməyəcəklər. Tayland polisi isə ölkədəki əyləncə yerlərinə 25 oktyabr - 8 noyabr tarixləri arasında təşkil edəcəkləri bütün əyləncələri təxirə salmaları barədə göstəriş verib.

İbrahim Kamiloğlu
AzNews