Nazirlər harada oxuyub? - SİYAHI
25 Oktyabr 2013 16:59 (UTC+04:00)
Azərbaycanın hökumətinin üzvləri hansı ali məktəbləri bitirib? "Media forum" saytı siyahını təqdim edir:
baş nazir Artur Rasizadə - Azərbaycan Sənaye İnstitutu (indiki Azərbaycan Dövlət Neft Akademiyası);
baş nazirin birinci müavini Yaqub Eyyubov - Azərbaycan Politexnik İnstitutu (indiki Azərbaycan Texniki Universiteti);
baş nazirin müavini Abid Şərifov - Azərbaycan Politexnik İnstitutu;
baş nazirin müavini Elçin Əfəndiyev - Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti);
baş nazirin müavini Əli Əhmədov - Moskva Dövlət Tarix-Arxiv İnstitutu;
baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov - Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft Akademiyası), Bakı Ali Partiya Məktəbi (indiki Dövlət İdarəçilik Akademiyası);
baş nazirin müavini İsmət Abasov - Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti);
daxili işlər naziri Ramil Usubov - SSRİ Daxili İşlər Nazirliyinin Akademiyası;
ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov - Azərbaycan Dövlət Universiteti;
energetika naziri Natiq Əliyev - Azərbaycan Neft və Kimya İnstitutu;
ədliyyə naziri Fikrət Məmmədov - Moskva Dövlət Universiteti, Bakı Ali Partiya Məktəbi;
əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov - Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, Moskva Dövlət Universiteti;
fövqəladə hallar naziri Kəmaləddin Heydərov - Azərbaycan Dövlət Universiteti, Azərbaycan Universiteti;
gənclər və idman naziri Azad Rəhimov - Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (indiki Azərbaycan Dillər Universiteti);
xarici işlər naziri Elmar Məmmədyarov - Kiyev Dövlət Universiteti, ABŞ-ın Braun Universiteti;
iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev - Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı;
kənd təsərrüfatı naziri Heydər Əsədov - Azərbaycan Xalq Təsərrüfatı İnstitutu;
maliyyə naziri Samir Şərifov - Kiyev Dövlət Universiteti;
mədəniyyət və turizm naziri Əbülfəz Qarayev - Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu;
milli təhlükəsizlik naziri Eldar Mahmudov - Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, Bakı Dövlət Universiteti;
müdafiə naziri Zakir Həsənov - Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi;
müdafiə sənayesi naziri Yavər Camalov - Azərbaycan Neft və Kimya İnstitutu;
nəqliyyat naziri Ziya Məmmədov - Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutu;
rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov - Moskva Energetika İnstitutu;
səhiyyə naziri Oqtay Şirəliyev - Azərbaycan Tibb İnstitutu (indiki Azərbaycan Tibb Universiteti);
təhsil naziri Mikayıl Cabbarov - Bakı Dövlət Universiteti, ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti;
vergilər naziri Fazil Məmmədov - Azərbaycan Xalq Təsərrüfatı İnstitutu;
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova – Azərbaycan Dövlət Universiteti;
Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov – Azərbaycan Politexnik İnstitutu;
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov - Bakı Dövlət Universiteti, ABŞ-ın Kolumbiya Universiteti;
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev - Azərbaycan Dövlət Universiteti;
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev - Azərbaycan Xalq Təsərrüfatı İnstitutu;
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov - Azərbaycan Politexnik İnstitutu;
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov - Azərbaycan Pedaqoji İnstitutu (indiki Azərbaycan Pedaqoji Universiteti);
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov - Azərbaycan Xalq Təsərrüfatı İnstitutu;
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı - Azərbaycan Dövlət İqtisad Universiteti;
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu;
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev - İvanovo Kimya Texnologiya İnstitutu, Bakı Dövlət Universiteti;
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev - Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi;
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov - Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun Məktəbi;
Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev - Azərbaycan Dövlət Universiteti.