Bakıda fərdi ev yandı

26 Oktyabr 2013 07:19 (UTC+04:00)
Bakının Xəzər rayonunda fərdi ev yanıb. AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi msaytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 1 mərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyası 10 kv.m sahədə və evə bitişik tikilmiş taxta konstruksiyadan ibarət tikili 15 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

AzNews.az