Sabah yay vaxtı ləğv edilir

26 Oktyabr 2013 12:30 (UTC+04:00)
Bu gecə Azərbaycan qış vaxtına keçir.


Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, oktyabr 27-də saat 5:00-da Azərbaycan ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il tarixli, 21 nömrəli Qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.


AzNews.az