Yaponiyada zəlzələ
26 Oktyabr 2013 07:52 (UTC+04:00)
Yaponiya sahillərindən şərqdə 7,3 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Yaponiya sahillərindən 320 km-dən çox məsafədə, ocağı isə 10 km dərinlikdədir.
Yaponiya meteoroloqları Fukusima prefekturasının sahillərində mümkün sunami təhlükəsi barədə xəbərdarlıq ediblər.(trend)
AzNews.az