Bakının mərkəzində bina yandı- Foto

26 Oktyabr 2013 08:24 (UTC+04:00)
Bakının Cəfərov qardaşları küçəsində, Dövlət İdarəçilik Akademiyasının yanında 2-mərtəbəli yaşayış binasında yanğın qeydə alınıb.


Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik-leytenant Elman Nəsirov açıqlamasında bildirib ki, yanğın ikimərtəbəli kommunal evin 2-ci mərtəbəsində baş verib. Alov iki otaq və bir eyvan olmaqla 40 kvadrat metr sahəni əhatə edib.

"Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Səbail rayon yanğınsöndürənləri hadisə yerinə gəliblər. Yanğın səhər saatlarında baş verib", - o əlavə edib.

Onun sözlərinə görə, qısaqapanma nəticəsində yaranan yanğının baş verdiyi evdə adam olmadığına görə xəsarət alan da olmayıb.(milli.az)

AzNews.az