Xırdalanda dəhşət: bir ayın gəlini özünü asdı

26 Oktyabr 2013 08:30 (UTC+04:00)
Xırdalan şəhərində intihar hadisəsi baş verib.

Abşeron Rayon Polis Şöbəsindən AzNews.az-a verilən məlumata görə, hadisə oktyabrın 25-də saat 23.00-da şəhərin Nizami küçəsi 3 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1987-ci il təvəllüdlü Vüsalə Alim qızı Məhərrəmova özünü yaşadığı evdə asıb.

Hadisə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi qaldırılıb, təhqiqat aparılır.

Qeyd edək ki, V. Məhərrəmova bir aydı ailə həyatı qurub. Hadisə baş verdiyi ev isə onu gəlin köçdüyü evdir.

Ruhiyyə
AzNews.az