Qəzzafinin yataq sirləri

26 Oktyabr 2013 08:40 (UTC+04:00)
Qəzzafinin hərəmində yaşanan təcavüz olayları keçən il işıq üzü görən kitabda yer alıb. Qəzzafinin öz hərəm sirlərini qələmə alması oxuyanları heyrətə salır.

"Axar.az"ın məlumatına görə, "Qəzzafinin hərəmi" adı altında çıxan kitabda Liviyalı diktatorun onlarla qadını qaçıraraq necə təcavüz etdiyindən bəhs olunur.

Kitabda Qəzzafi üçün qaçırılan qadınların içərisində məktəbdə oxuyan uşaqlarla yanaşı, toy mərasimindən oğurlanan gəlinlər də var.

15 YAŞLI QIZI BELƏ ALDADIB

Gənc qız və qadınların Qəzzafinin hərəminə necə daxil olduğunu anladan kitabda 15 yaşındakı bir qızın məktəbdə ikən diktator tərəfindən seçilərək qaçırılması haqqında yazı var. Bu hadisə 2004-cü ildə baş verib. Belə ki, Qəddafi məktəblərdən birini ziyarət edəndə qız uşağı ona gül gətirib.

Qəzzafi də gülü alaraq qızı öpüb. Bu hadisədən sonra o qızın həyatı tamamilə dəyişib. Ertəsi gün həmin qız uşağı anasının gözəllik salonunda işləyən zaman əsgər formalı üç qadın ora daxil olub. Qadınlardan biri Qəddafinin keçən görüşdən qız uşağından xoşu gəldiyini və ona yenidən gül aparmasının lazım olduğunu bildirib.

Anasının buna qarşı çıxmasına baxmayaraq, əsgərlər qızı qaçırmağa müvəffəq olublar. Daha sonra qızı çılpaq halda Qəzzafinin qarşısına çıxardıblar. Diktatorun göstərişi ilə qıza açıq-saçıq gecə paltarı geyindirərək otağına göndəriblər. Qızın ona toxunmasına icazə verməməsinə əsəbləşən Qəzzafi onu öyrədəndən sonra yenidən qarşısına gətirilməsini tapşırıb.

Fransız qəzetçisi Annick Cojeanın qələmə aldığı kitabda qız o anları belə xatırlayır: "O anı heç vaxt unutmayacam. O, bədənimi ələ keçirtdi, fəqət ruhumu da bir xəncərlə dəlik-deşik etdi" .

Məlumat üçün deyək ki, kitabında bu olaya yer verən qəzetçi hekayənin təsdiqini tapmaq üçün çox əziyyət çəkdiyini bildirdi və bununla məşğul olanda başqa qurbanlarla da tanış olduğunu söylədi.


AzNews.az